Zümrüd Bababəyli instrumental ifaçılıq (Fortepiano) nominasiyası üzrə müsabiqənin laureatı olub
05 Ноябрь 2024
Zümrüd Bababəyli instrumental ifaçılıq (Fortepiano) nominasiyası üzrə müsabiqənin laureatı olub
Zümrüd Bababəyli instrumental ifaçılıq (Fortepiano) nominasiyası üzrə müsabiqənin laureatı olub
Türkiyənin İstanbul şəhərində keçirilən “Dənizin səsi” beynəlxalq müsabiqə-festivalı başa çatıb. 26-30 oktyabr tarixlərində keçirilən festivalda Kaspi Ağ Şəhər liseyinin 5-ci sinif şagirdi Zümrüd Bababəyli instrumental ifaçılıq ( Fortepiano ) nominasiyası üzrə I yerə layiq görülüb və müsabiqənin laureatı adını qazanıb. Qeyd edək ki, ibtidai və orta məktəb şagirdləri üçün təşkil edilən "Dənizin Səsi" kompozisiya, şeir, rəsm və foto müsabiqəsidir.
Kaspi Təhsil Şirkəti balaca ifaçını təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayır!
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.