Yuxarı siniflərdə dərslərə sentyabrın 2-də start veriləcək

Yuxarı siniflərdə dərslərə sentyabrın 2-də start veriləcək

Yuxarı siniflərdə dərslərə sentyabrın 2-də start veriləcək

Yuxarı siniflərdə dərslərə sentyabrın 2-də start veriləcək

2024/25-ci tədris ilinin başlamasına sayılı günlər qalıb. Kaspi Liseyləri yeni tədris ilinə ənənəvi olaraq mükəmməl tədris proqramları, peşəkar və təcrübəli müəllimlərlə başlayır. Kaspi Bakıxanov liseyində və Ağ Şəhər liseyində IX, X, XI siniflər üzrə dərslərə 2 sentyabr tarixində start veriləcək. Kaspi Beynəlxalq Məktəbində də zənglər şagirdləri sentyabrın 16-da də siniflərə səsləyəcək.

Liseydən kaspi.edu.az-a verilən məlumatda bildirilir ki, təhsil müəssisəsində tədrisin vaxtı proqrama uyğun müəyyən edilir: “Tədris planında yer alan mövzuların tədris ili boyunca şagirdlərə çatdırılması üçün dərslər yuxarı siniflər üçün 2 sentyabr tarixində başlayacaq. Xatırladaq ki, IX, XI siniflər mart və aprel aylarında Buraxılış imtahanları verirlər. Tədris planının sıxışdırılmaması üçün dərslərə ümumi təhsil müəssisələrinin ənənəvi tədris vaxtından iki həftə əvvəl başlamaq məqsədəuyğun hesab edilir”.

Liseylərdə digər siniflər üzrə dərslərə 16 sentyabrda start veriləcək.

Artıq özəl təhsil müəssisəsindən yeni tədris ilinin 2-16 sentyabr tarixlərində başlayacağı barədə valideynlərə bildiriş göndərilib.

kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты