TEAS Press Nəşriyyatının “3 alma” uşaq ədəbiyyatı bölməsi və Kaspi Liseyinin təşkilatçılığı ilə şagirdlər arasında "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib.
Uşaq yazıçısı Mürşüd İsmayılzadənin aparıcılığı ilə keçirilən yarışda hər birində 6 şagird olmaqla “Zəngəzur”, “İrəvan”, “Zəngibasar”, “Dilican”, “Mehri” və “Göyçə” adlı 6 komanda mübarizə aparıb.
kaspi.edu.az-a Liseydən verilən məlumata görə, 20 sualdan ibarət yarışın yekununda "Dilican" komandası qalib gəlib.
Yarışda iştirak edən bütün şagirdlərə kitablar hədiyyə olunub və təltifnamələr təqdim edilib.
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.