Valideylər qruplara ayrılaraq beyin həmləsi metodu ilə problemin həlli yollarını təyin ediblər
23 Декабрь 2025
Valideylər qruplara ayrılaraq beyin həmləsi metodu ilə problemin həlli yollarını təyin ediblər
Valideylər qruplara ayrılaraq beyin həmləsi metodu ilə problemin həlli yollarını təyin ediblər
Kaspi Ağ Şəhər liseyinin İbtidai bölməsinin valideynləri üçün “Uşaq və kompüter” mövzusunda psixoloji təlim keçirilib. Təlimi
psixoloq Məlahət Kazibekova keçib.
Liseydən verilən məlumata görə, təlimin məqsədləri valideynləri müxtəlif növ asılılıqlar, kompüter, mobil telefon, planşet asılılığının mərhələləri, əlamətləri, qarşısının alınması üsulları ilə tanış etmək olub: “Həmçinin valideynlərdə kompüter asılılığının və aqressiyanın inkişafının qarşısını almaq üçün övladı ilə emosional əlaqə saxlamağın zəruriliyi haqqında anlayışı inkişaf etdirmək, kiçik övladının kompüterdən təhlükəsiz istifadəsini təmin etmək üçün valideynlərə praktiki məsləhətlər vermək idi”.
Təlim interaktiv formada təşkil olunub. Valideylər qruplara ayrılaraq beyin həmləsi metodu ilə problemin həlli yollarını təyin edib, diqər inkişaf etdirici çalışmalar üzərində işləyiblər.
Təlim səmimi və aktiv şəraitdə keçib.
Kaspiliseyi.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.