Uşaqlar bir-biri ilə qaynayıb qarışır, sosiallaşırlar və bacarıqları üzə çıxır.
30 Июнь 2025
Uşaqlar bir-biri ilə qaynayıb qarışır, sosiallaşırlar və bacarıqları üzə çıxır.
Uşaqlar bir-biri ilə qaynayıb qarışır, sosiallaşırlar və bacarıqları üzə çıxır.
Kaspi Bakıxanov liseyində 24.06.25 tarixindən başlayan yay məktəbi əyləncəli yarışlar, masterklaslar və gəzintilərlə davam edir. “Müxtəlif tədbirlər, oyunlar və yaradıcı fəaliyyətlə zəngin olan günlər uşaqların istedadını üzə çıxarır, həmçinin onların sosial bacarıqlarını inkişaf etdirir. Yay düşərgəsi bu baxımdan çox əhəmiyyətlidir”- deyə liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyeva bildirir: “Yay düşərgəsində uşaqlar bir-biri ilə qaynayıb qarışır, sosiallaşırlar. Onlar həmçinin müəllimləri daha yaxından tanıyır, müəllimlər isə uşaqların bacarıqlarını kəşf edirlər. Belə düşərgələr uşaqların inkişafı üçün çox vacibdir”.
Liseyin valideynlərdən biri isə özünün sosial şəbəkə hesabında “Bu cür tədbirlər Kaspi ailəsinin birliyini və pozitiv ruhunu daha da gücləndirir”- deyə yay düşərgəsi ilə bağlı fikirlərini qeyd edib.
Kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.