Tədbirdə 14 şagirdin olimpiadalarda qazandıqları nəticələr təqdim olunub
Kaspi Liseyində beynəlxalq olimpiadalarda uğur qazanmış 14 şagirdlə görüş keçirilib.
Görüşdə məqsəd şagirdləri qazandıqları uğurlar münasibətilə təbrik etmək, onların ürək sözlərini dinləmək və sevinclərini bölüşmək idi.
Şagirdlərlə görüşdə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, Kaspi Təhsil Şirkətinin baş icraçı direktoru Elşən Əliyev və Kaspi Ağ Şəhər liseyinin direktoru Həsən Həsənov iştirak ediblər.
"Görüşdə şagirdlərimizin müxtəlif yerli və beynəlxalq olimpiadalarda əldə etdikləri yüksək nəticələr təqdim olundu, onların intellektual potensialı və akademik nailiyyətləri yüksək qiymətləndirildi. Eyni zamanda, olimpiada hazırlığı, müəllimlərin rolu və liseydə yaradılan innovativ mühit barədə qısa müzakirələr aparıldı"-deyə liseyin məlumatında qeyd edilir.
Təsisçi Sona Vəliyeva mükəmməl nəticə göstərən şagirdlərə hədiyyələr təqdim edərək onları təbrik edib və gələcək təhsillərində uğurlar arzulayıb. Eyni zamanda, baş icraçı direktor E.Əliyev və liseyin direktoru H.Həsənov da şagirdlərə ürək sözlərini söyləyib, onlara uğurlar arzulayıblar.
Görüş liseydə akademik mükəmməlliyə verilən dəyərin növbəti nümunəsi olaraq yadda qalıb.
Kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.