Tədris ilinin yekunlarına həsr olunan tədbir keçirilib

Tədris ilinin yekunlarına həsr olunan tədbir keçirilib

Tədris ilinin yekunlarına həsr olunan tədbir keçirilib

Tədris ilinin yekunlarına həsr olunan tədbir keçirilib

Kaspi Ağ Şəhər liseyində 2024–2025-ci tədris ilinin yekunlarına həsr olunan tədbir keçirilib. Tədbir çərçivəsində görülən işlər və əldə olunan nailiyyətlər müzakirə olunub, eyni zamanda müəllim və əməkdaşlar üçün xüsusi sürpriz təşkil edilib.

“Görüşdən əvvəl tədbirə qatılan hər kəsə bir nömrə təqdim olundu. Daha sonra keçirilən çarx fırlatma (tiraj) mərasimi zamanı təsadüfi şəkildə seçilən nömrələrə uyğun iştirakçılara müxtəlif hədiyyələr verildi. Bu məqam tədbirə xüsusi rəng qatdı və kollektivi daha da həvəsləndirdi”- deyə liseyin məlumatında bildirilir.

Bununla yanaşı, tədris ili ərzində yüksək fəallıq göstərən əməkdaşlar da unudulmayıb. Onların əməyinə dəyər verilib və təşəkkürnamələrlə təltif olunublar. “Bu cür tədbirlər əməkdaşlar arasında həmrəyliyi gücləndirməklə yanaşı, gələcək fəaliyyətlər üçün də böyük motivasiya yaradır.

Lisey ailəsi olaraq 2024/2025-ci tədris ili ərzində qazandığımız uğurlarla fəxr edirik və qarşıdakı illərdə daha böyük hədəflərə birlikdə çatacağımıza inanırıq”.

Kaspi Liseyinin kollektivinə növbəti tədris ilində uğurlar arzulayırıq!

Kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты