Tədbir çərçivəsində həmçinin 20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günü qeyd edilib

Kaspi Ağ Şəhər Liseyinin şagirdləri “Əsgərə məktub” aksiyasını davam etdiriblər. “ASAN xidmət”-in dəstəyi ilə reallaşan təşəbbüs liseyin 5-ci sinif şagirdləri tərəfindən həyata keçirilib.

Liseyin müəllimi Lamiyə Mirzəyevanın kaspi.edu.az-a verdiyi məlumata görə, tədbirin keçirilməsində səbəb uşaqlara vətənpərvərlik hissinin aşılanmasıdır: “ASAN xidmət” şagirdləri zərflə təmin etdi. 5-cilər ürək sözlərini əsgərlərimizə yazdılar və göndərdilər. Bu cür aksiyalar şagirdlərin vətənpərvər ruhda böyüməsinə dəstək olur”.

Tədbir çərçivəsində həmçinin 20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günü qeyd edilib. Məlumat verilib ki,  Ümumdünya Uşaq Hüquqları Günü 1954-cü ildən qeyd edilir: “BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. Bu münasibətlə hər il noyabrın 20-si Uşaq Hüquqları Günü kimi qeyd edilir”.

kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты