Şagirdlər yazarın “Ən böyük xəyalınız nədir?” sualını maraqla cavablandırıblar
09 Октябрь 2024
Şagirdlər yazarın “Ən böyük xəyalınız nədir?” sualını maraqla cavablandırıblar
Şagirdlər yazarın “Ən böyük xəyalınız nədir?” sualını maraqla cavablandırıblar
Məktəblilərin mütaliəyə məhəbbətini artırmaq üçün Kaspi Liseyində mütəmadi olaraq tanınmış ədəbiyyat adamları ilə görüşlər keçirilir. Türkiyəli yazar Mert Arıkın Kaspi Bakıxanov liseyində uşaqlarla görüşü də təkcə məktəblilərin ölkəmizin deyil, həmçinin Türkiyənin və dünyanın tanınmış şair və yazıçılarını tanıtmaq, onların əsərlərini mütaliə etmək və ümumən ədəbiyyata maraq yaratmaq məqsədi daşıyıb.
Liseyin sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahvediyeva kaspi-edu.az-a bildirdi ki, türkiyəli yazarla görüşdə məktəbin 3 və 4-cü sinif şagirdləri iştirak edib. “Şagirdlər qonağı sevgi ilə qarşıladılar, ona maraqlı suallar verdilər. Mert Arık da öz növbəsində şagirdlərə öz kitablarını avtoqrafla hədiyyə etdi. Bu, şagirdlər üçün çox sevincli an idi”.
Türkiyəli yazarın “Ən böyük xəyalınız nədir?”- deyə şagirdlərə ünvanlandığı suala verilən cavablar içərisində “Tanınmış şair və yazıçı olmaq” fikirlərinin olması isə qonağı məmnun edib.
Görüşdə liseyin direktoru Cahid Hüseynov da iştirak edib.
Liseydə tanınmış ədəbiyyat adamları ilə görüşlər ənənəvi olaraq tədris ili boyunca davam etdiriləcək.
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.