Şagirdlər həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd ediblər
26 Декабрь 2025
Şagirdlər həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd ediblər
Şagirdlər həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd ediblər
Kaspi Liseyinin ibtidai siniflərində həm Azərbaycan, həm də rus bölməsi üzrə Yeni il şənliyi və Dünya Azərbaycanlılarının Həmrəylih Günü yüksək əhval-ruhiyyə ilə qeyd edilib.
“Bayram tədbiri şagirdlər üçün əsl nağıl aləmini xatırladırdı. Şənlik boyunca 11 fərqli personaj şagirdlərlə bir araya gələrək tədbirə xüsusi rəng qatdı. Xodunoklar, Qar Adam, sevimli Stitch, Buba və digər obrazlar şagirdlərlə birlikdə rəqs etdi, oyunlar oynadı və maraqlı səhnəciklər təqdim etdi”- deyə liseyin məlumatında bildirilir.
Tədbir çərçivəsində lisey tərəfindən bütün şagirdlərə Yeni il hədiyyələri təqdim olunub. Hədiyyələr şagirdlərə böyük sevinc bəxş edib və bayram ovqatını gücləndirib: “Bu şənliyin əsas məqsədi balacalara Yeni ilin sevincini yaşatmaqla yanaşı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə birlik, dostluq və paylaşma dəyərlərini aşılamaq idi. Rəngarəng dekorasiyalar, musiqi və gülərüzlü anlar tədbiri yaddaqalan etdi”.
Kaspi Liseyi şagirdlər üçün həm maarifləndirici, həm də əyləncəli tədbirlərin təşkilini daim ön planda saxlayır.
Kaspiliseyi.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.