Proses həm yaradıcılıq, həm də milli ruhun təcəssümünə çevrilib
12 Ноябрь 2025
Proses həm yaradıcılıq, həm də milli ruhun təcəssümünə çevrilib
Proses həm yaradıcılıq, həm də milli ruhun təcəssümünə çevrilib
Kaspi Ağ Şəhər liseyində VIII sinif qızlarının iştirakı ilə ustad dərsi keçirilib. Ustad dərsi liseyin məzun şagirdlərindən birinin valideyni Aysel xanımın rəhbərliyi ilə keçirilib.
Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Şagirdlər Aysel xanımın bədii yönləndirməsi ilə Zəfər ruhunu əks etdirən – üçrəngli bayrağımızı simvolizə edən şamlar hazırladılar. Bu proses həm yaradıcılıq, həm də milli ruhun təcəssümünə çevrildi”- deyə Liseyin məlumatında qeyd edilib.
Fasilə zamanı çay süfrəsi arxasında zəfər tariximizdən söz açılıb, gənclərə qələbənin qiyməti, şəhidlik zirvəsinin böyüklüyü bir daha aşılanıb: “Bu layihə ilə biz şagirdlərimizə həm tariximizi yaşatmaq, həm də milli ruhu estetik bir dillə təqdim etməyi hədəflədik”.
Kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.