PBL təlimi çərçivəsində komandalar tərəfindən hazırlanmış layihələr təqdim edilib.
30 Январь 2026
PBL təlimi çərçivəsində komandalar tərəfindən hazırlanmış layihələr təqdim edilib.
Kaspi Bakıxanov liseyində I Yarımildə görülən işlərin təhlili və II Yarımilin planlaşdırılması istiqamətində fəndaxili görüşlər keçirilib. Qiymətləndirmə meyarlarının düzgün və obyektiv tətbiqinin vacibliyi qeyd edilib, müxtəlif nümunələr əsasında praktik müzakirələr aparılıb. Görüş iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb və əldə olunan biliklərin dərs prosesində tətbiqi tövsiyə edilib.
Eyni zamanda, həmin gün Azərbaycan və Cambridge bölməsində təşkil olunmuş PBL təlimi çərçivəsində komandalar tərəfindən hazırlanmış layihələr təqdim edilib. Təqdim olunan layihələr mövzuya uyğunluğu, praktik əhəmiyyəti, innovativ ideyaları və yaradıcı yanaşmaları ilə seçilib. Komandalar layihələrin məqsədi, icra mərhələləri və gözlənilən nəticələr barədə ətraflı məlumat verib, təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Müzakirələr zamanı faydalı rəy və tövsiyələr səsləndirilib, müəllimlər arasında əməkdaşlıq və komanda işinin gücləndirilməsinə şərait yaranıb.
PBL yanaşmasının tədris prosesində tətbiqinin əhəmiyyəti xüsusi vurğulanıb.
Ümumilikdə, bütün təlimlər faydalı, praktik və məhsuldar olmaqla iştirakçıların peşəkar inkişafına müsbət töhfə verib.
Kaspiliseyi.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.