Məqsəd şagirdlərin nəzəri biliklərinin praktik mühitdə tətbiqinə şərait yaratmaq, eləcə də elm və texnologiya inteqrasiyasının aktuallığını nümayiş etdirmək olub.
- Главная страница
- Новости и события
- Məqsəd şagirdlərin nəzəri biliklərinin praktik mühitdə tətbiqinə şərait yaratmaq, eləcə də elm və texnologiya inteqrasiyasının aktuallığını nümayiş etdirmək olub.
- 19 Ноябрь 2025
Məqsəd şagirdlərin nəzəri biliklərinin praktik mühitdə tətbiqinə şərait yaratmaq, eləcə də elm və texnologiya inteqrasiyasının aktuallığını nümayiş etdirmək olub.
Məqsəd şagirdlərin nəzəri biliklərinin praktik mühitdə tətbiqinə şərait yaratmaq, eləcə də elm və texnologiya inteqrasiyasının aktuallığını nümayiş etdirmək olub.
Kaspi Ağ Şəhər liseyinin Azərbaycan bölməsinin 8-ci sinif şagirdlərinin STEAM İnnovasiya Mərkəzinə elmi-tədqiqat yönümlü ekskursiyası təşkil olunub. Ekskursiya liseyin Fizika fənn birləşməsinin təşkilatçılığı ilə həyata keçirilib. Səfərin əsas məqsədi şagirdlərin nəzəri biliklərinin praktik mühitdə tətbiqinə şərait yaratmaq, eləcə də elm və texnologiya inteqrasiyasının aktuallığını nümayiş etdirmək olub.
Ekskursiya çərçivəsində iştirakçılar mərkəzin laboratoriya və təcrübi guşələri ilə tanış olaraq müxtəlif fiziki, astronomik və mühəndislik yönümlü hadisələrin sınaq şəraitində modelləşdirilmiş nümayişlərini müşahidə ediblər. Şagirdlərə mexanika, optika, elektromaqnetizm və astrofizika sahələrinə dair interaktiv layihələr təqdim edilib, onların işləmə prinsipləri, təcrübi əhəmiyyəti və real həyatda tətbiq imkanları barədə geniş elmi izahlar verilib.
Təcrübə və nümayişlər şagirdlərdə yaradıcı düşüncə, texnoloji prosesləri təhlil etmə və elmi nəticələri qiymətləndirmə bacarıqlarının inkişafına xidmət edib, həmçinin elmə olan maraqlarının daha da güclənməsinə şərait yaradıb. Ekskursiya ümumilikdə şagirdlərin fizika və astronomiya elmlərinə multidissiplinar yanaşma kontekstində daha dərindən bələd olmasına mühüm töhfə verib.
Kaspi.edu.az

