Liseyin VII və VIII sinif şagirdləri universitet laboratoriyası ilə tanış olublar
30 Октябрь 2024
Liseyin VII və VIII sinif şagirdləri universitet laboratoriyası ilə tanış olublar
Liseyin VII və VIII sinif şagirdləri universitet laboratoriyası ilə tanış olublar
Kaspi Ağ Şəhər flialının və Bakıxanov Liseynin VII və VIII sinif şagirdləri üçün Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyasına ekskursiya təşkil olunub. Ekskursiya liseyin Fizika, Kimya fənn birləşməsi tərəfindən həyata keçirilib. Şagirdlər UFAZ-ın elmi laboratoriyalarına ekskursiya edib, burada kimya və fizika laboratoriyaları ilə tanış olub və onlar haqda ətraflı məlumat alıblar.
Liseyin Fizika fənn rəhbəri Kəmalə Ağasiyeva bildirir ki, ekskursiyada məqsəd şagirdlərin daha zəngin laboratoriya ilə tanış olmasıdır: “Burada şagirdlərimiz müxtəlif fiziki və kimyəvi hadisələri əyani müşahidə etdilər”.
Daha sonra şagirdlərə UFAZ-ın təklif etdiyi bakalavr proqramları, qəbul şərtləri və digər təhsil imkanları haqqında məlumat verilib.
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.