Kaspi liseyinin birinciləri Zəfər Gününü qeyd etdilər
07 Ноябрь 2024
Kaspi liseyinin birinciləri Zəfər Gününü qeyd etdilər
Kaspi liseyinin birinciləri Zəfər Gününü qeyd etdilər
Kaspi Bakıxanov liseyində Zəfər Gününə həsr olunan “Əbədi Zəfərim” adlı tədbir keçirilib.
Tədbirdə Vətən müharibəsində şəhid olan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səslənib.
Liseyin sosial rəhbəri Gülnarə Allahverdiyevanın kaspi.edu.az-a verdiyi məlumata görə, liseyin 1-ci sinif müəllimləri Natəvan Hacıyeva və Təhminə Əlilinin təşkilatçılığı ilə həyata keçirilib. “1-ci sinif şagirdləri Zəfər Gününü böyük coşqu ilə qeyd etdilər. Onlar bu tədbirə böyük sevinc və qürur hissi ilə hazırlaşmışdılar. Belə tədbirlər onlara qəhrəmanlıq tariximizi öyrədir, yaddaşlarına yazılır”.
Tədbir Milli Ordumuza həsr olunmuş “Milli ordumuz” marşı ilə başlayıb. Şagirdlərin ifasında Zəfərimizi tərənnüm edən şeirlər səslənib.
Onların ifasında təqdim olunan “Qələbə müjdəsi” adlı səhnəcik, “Bu gözəl vətən bizimdir” adlı mahnı tədbiri daha da rövnəqləndirib. Şagirdlərin təqdim etdikləri səhnəcik və şeirlər ümumilikdə xalqımızın, qəhrəman oğullarımızın fədakarlığından və 30 illik həsrətə son qoyulmasından bəhs edib.
Zəfər Günümüz mübarək!
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.