Kaspi liseyində sosial fəaliyyətlərin daha da genişlənməsi istiqamətində müzakirələr aparılıb
25 Ноябрь 2024
Kaspi liseyində sosial fəaliyyətlərin daha da genişlənməsi istiqamətində müzakirələr aparılıb
Kaspi liseyində sosial fəaliyyətlərin daha da genişlənməsi istiqamətində müzakirələr aparılıb
Şagirdlərin hərtərəfli şəxsiyyət kimi yetişməsində təhsillə yanaşı, sosial fəaliyyətlər də böyük rol oynayır. Uşaqların yaradıcılığının, fərdi qabiliyyətlərinin üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb edən sosial fəaliyyətlər Kaspi Liseyində təhsilin ayrılmaz tərkib hissəsidir. Sosial fəaliyyətlər çərçivəsində şagird və müəllimlərin birgə səyi nəticəsində təşkil edilən sərgilər, konsert proqramları, layihələr, tanınmış insanlarla görüşlər, teatr tamaşaları, xeyriyyə tədbirləri, şagird mənəviyyatının tərbiyəsində, zənginləşməsində çox mühüm rola malikdir.
Kaspi Ağ Şəhər Liseyində müəllimlərlə sosial fəaliyyətlərlə bağlı keçirilən görüş də bu fəaliyyətlərin qurulması, tənzimlənməsi və proseslərin necə həyata keçirilməsinə həsr olunub. Liseyin sosial fəaliyyətlər üzrə rəhbəri Elnur Əzizov qeyd edir ki, sinif rəhbərlərinin bu barədə müəyyən öhdəlikləri var: “Sosial fəaliyyətlərin niyə vacib olması, şagirdlərin təhsil və sonrakı həyatında rolu və s. ilə bağlı fikir mübadiləsi etdik”.
Görüşdə həmçinin liseydə sosial fəaliyyətlərin daha da genişlənməsi istiqamətində müzakirələr olub.
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.