Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) ilə Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu məktəbləri arasında “Məktəbli kuboku” adlı futbol turniri küçirilir. 48-məktəb arasında baş tutan yarışmaya Kaspi Bakıxanov liseyi ev sahibliyi edir. Lisey bu statusi səs çoxluğu ilə qazanıb.
Liseydən verilən məlumata görə, dekabr ayının ortalarından başlayan yarışda Kaspi Bakıxanov liseyini 3 sinif üzrə - 5-ci siniflərin oğlanlarda ibarət yığma komandası, 4-5-ci siniflərin qızlardan ibarət yığma komandası və 6-7-ci siniflər üzrə oglanlardan ibarət yığma komanda təmsil edir.
Keçən həftənin 5 günü ərzində yarışda 48 məktəb arasında ümumilikdə 38 oyun keçirilib. Yarışda Kaspi liseyinin 5-ci sinif oğlan və qızlarından ibarət yığma komandası mubarizəni davam etdirir.
Komandalarımıza uğur arzulayırıq!
Kaspiliseyi.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.