Kaspi Ağ Şəhər Bağçası qadınları təbrik etdi

Kaspi Ağ Şəhər Bağçası qadınları təbrik etdi

Kaspi Ağ Şəhər Bağçası qadınları təbrik etdi

Kaspi Ağ Şəhər Bağçası qadınları təbrik etdi

Kaspi Ağ Şəhər Bağçasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilən tədbir təkcə bağçada təhsil alan balacaların valideynlərinə deyil, ölkəmizin bütün qadınlarına layiqli təbrik oldu. Bağçanın Azərbaycan və rus dili bölmələri üçün təşkil edilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. 

Bağçanın meneceri Könül Əliyeva tədbirə qatılan anaları və nənələri salamlayaraq onlara ailə səadəti, sağlamlıq və işlərində müvəffəqiyyətlər arzuladı: “Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır: “Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş ana, vəfalı həyat yoldaşıdır. Əbəs yerə deyil ki, respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir”.

Sonra söz bağçanın uşaqlarına verildi. Onlar rəngarəng bədii nömrələrlə valideynləri və bağçanın müəllimlərini təbrik etdilər.  Uşaqlar Azərbaycan və rus dillərində şeirlər söylədilər, mahnılar oxudular, rəqslər ifa etdilər. Hər 2 dildə hazırlanan səhnəciklər maraqla qarşılandı. “Balaca dünyam”, “Zəkalar”, “Göy qurşağı”, “Nağıllar aləmi” qruplarının ifasında səslənən mahnılar, ifalarında rəqslər və söylədikləri şeirlərlə balacalar təkcə tədbirə xoş ovqat qatmadılar, həmçinin valideynlərinə və bağçanın müəllimlərinə təşəkkür etdilər.

Kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты