Görüşlər zamanı universitet rəsmiləri şagirdlərə ali məktəblərinin akademik strukturu, beynəlxalq təhsil proqramları, eləcə də müasir elmi-tədqiqat infrastrukturu haqqında geniş məlumat veriblər
- Главная страница
- Новости и события
- Görüşlər zamanı universitet rəsmiləri şagirdlərə ali məktəblərinin akademik strukturu, beynəlxalq təhsil proqramları, eləcə də müasir elmi-tədqiqat infrastrukturu haqqında geniş məlumat veriblər
- 28 Ноябрь 2025
Görüşlər zamanı universitet rəsmiləri şagirdlərə ali məktəblərinin akademik strukturu, beynəlxalq təhsil proqramları, eləcə də müasir elmi-tədqiqat infrastrukturu haqqında geniş məlumat veriblər
Görüşlər zamanı universitet rəsmiləri şagirdlərə ali məktəblərinin akademik strukturu, beynəlxalq təhsil proqramları, eləcə də müasir elmi-tədqiqat infrastrukturu haqqında geniş məlumat veriblər
Kaspi Ağ Şəhər liseyi beynəlxalq təhsil əməkdaşlığı istiqamətində mühüm və elmi-akademik əhəmiyyət daşıyan silsilə görüşlərə ev sahibliyi edib. Azərbaycana səfərləri çərçivəsində Çinin nüfuzlu ali təhsil müəssisələrinin yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti – College of International Education-ın dekanı, eləcə də International Student Management Office-in sədr müavini liseyiin qonağı olub.
İki gün davam edən görüşlərdə həmçinin aşağıdakı top Çin universitetlərinin Beijing Institute of Technology (Zhuhai), Shandong University of Science and Technology, Nanjing University of Aeronautics and Astronautics kimi top universitetlərin nümayəndələri iştirak ediblər.
Liseydən Kaspi.edu.az-a verilən məlumatda qeyd edilir ki, görüşlər zamanı universitet rəsmiləri şagirdlərə ali məktəblərinin akademik strukturu, beynəlxalq təhsil proqramları, eləcə də müasir elmi-tədqiqat infrastrukturu haqqında geniş məlumat veriblər: “ Nümayəndələr kampus həyatının xüsusiyyətlərini, beynəlxalq tələbələr üçün yaradılmış sosial-mədəni mühitin üstünlüklərini, həmçinin yüksək reytinqli laboratoriyalar və mühəndislik mərkəzlərinin fəaliyyət istiqamətlərini elmi və faktoloji arqumentlərlə şərh ediblər”.
Tədbir çərçivəsində şagirdlərə universitetlərin global rəqabət qabiliyyəti, innovativ tədqiqat yanaşmaları, STEAM sahələrinə verdikləri strateji prioritetlər və müxtəlif səviyyəli təqaüd proqramları barədə ətraflı məlumat verilib. Eyni zamanda, tələbə mobilliyi imkanları, Çin Xalq Respublikasının dövlət universitetlərində beynəlxalq tələbələr üçün tətbiq edilən təhsil siyasəti və akademik inteqrasiya modelləri də təqdim olunub.
Görüşün qeyri-formal hissəsində nümayəndə heyəti şagirdlərə universitetlərin rəmzi maskot oyuncaqlarını və müxtəlif korporativ hədiyyələri təqdim edərək onlarla səmimi ünsiyyət qurub, gələcək təhsil perspektivləri barədə motivasiyaedici çıxışlar ediblər. Liseydən bildirilir ki, Kaspi Ağ Şəhər Liseyi şagirdlərə dünya səviyyəli təhsil imkanları təqdim etmək, onların akademik seçim dairəsini genişləndirmək və qlobal elm mühitinə inteqrasiya prosesini dəstəkləmək istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
Qeyd edək ki, Kaspi Təhsil Şirkəti hazırda Çin Xalq Respublikasının 250-dən artıq dövlət universiteti ilə rəsmi əməkdaşlıq müqavilələrinə malikdir. Bu genişmiqyaslı əməkdaşlıq Azərbaycanın orta təhsil məkanında beynəlxalq inteqrasiyanın və qlobal akademik şəbəkələşmənin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Kaspi.edu.az

