Görüşdə imtahan həyəcanı və səbəbləri, çətin anlarda yeniyetməyə düzgün yanaşmaq kimi məsələlərə diqqət yetirilib

Kaspi Liseyi Ağ Şəhər filialında psixoloq Qərib Xıdırovun 9-11-ci siniflərin valideynləri ilə  seminarı keçirilib. “Yeniyetmənin gələcəyi: İmtahan qayğısı, emosional dayanıqlılıq və karyera planlaşdırılması” mövzusunda keçirilən seminar maraqla qarşılanıb. 

Liseydən verilən məlumatda bildirilir ki, görüşdə imtahan həyəcanı və səbəbləri, çətin anlarda yeniyetməyə düzgün yanaşmaq, akademik yüklənmə dövründə “həyat balansı”nın yaradılması, öyrənmənin duyğularla əlaqəsi və karyera-peşə istiqamətinin vacib amilləri barəsində məlumat verilib. Seminarda  müzakirələr aparılıb və valideynləri maraqlandıran suallar cavablandırılıb. 

Seminarın sonunda valideynlərin müraciətləri də qeydə alınıb və bu istiqamətdə lazımi dəstək verilməsi nəzərdə tutulur. 

Seminarda liseyin direktoru Həsən Həsənov da iştirak edib. Liseydə bu cür görüşlərin gələcəkdə də keçirilməsi planlaşdırılır.

kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты