Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq
26 Август 2024
Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq
Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq
28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Abituriyentlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.
Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
kaspi.edu.az
Подписаться на обновления
Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.