Ekskursiya şagirdlərin fizika fənninə olan maraqlarını artırmaq məqsədi daşıyıb

Ekskursiya şagirdlərin fizika fənninə olan maraqlarını artırmaq məqsədi daşıyıb

Ekskursiya şagirdlərin fizika fənninə olan maraqlarını artırmaq məqsədi daşıyıb

Ekskursiya şagirdlərin fizika fənninə olan maraqlarını artırmaq məqsədi daşıyıb

Kaspi Liseyinin Azərbaycan bölməsinin 7-ci sinif şagirdlərinin Milli Aviasiya Akademiyasına (MAA) maarifləndirici ekskursiyası təşkil olunub. Ekskursiyanın əsas məqsədi şagirdlərin reaktiv mühərrikin iş prinsiplərini, Arximed qüvvəsini və ümumilikdə aerodinamika ilə bağlı fiziki prosesləri real mühitdə müşahidə edərək daha dərindən mənimsəmək və şagirdlərin fizika fənninə olan maraqlarını artırmaq olub.

Səfər zamanı şagirdlər təyyarələrin quruluşu, uçuşun əsas fiziki qanunları, hava müqaviməti və qaldırıcı qüvvə və s. kimi anlayışlarla tanış olublar: “Şagirdlərə reaktiv mühərriklərin necə işlədiyi, hansı fiziki prinsiplərə əsaslandığı və aviasiyada mühüm rol oynadığı barədə mütəxəssislər tərəfindən ətraflı məlumat verildi. Şagirdlər eyni zamanda, Arximed qüvvəsinin aviasiya və mühəndislikdə tətbiqləri haqqında real nümunələrlə tanış oldular. Kaspi Liseyi olaraq, şagirdlərimizin elmi dünyagörüşünü genişləndirən belə ekskursiyaların davamlı olmasına böyük önəm veririk”- deyə Liseydən verilən məlumatda bildiorilir.

Ekskursiya şagirdlər üçün həm maarifləndirici, həm də motivasiyaedici bir təcrübə olub. Məktəblilər fizika elminin real həyatda tətbiqini yaxından müşahidə ediblər. Bu, onların gələcəkdə aviasiya və mühəndislik sahələrinə olan maraqlarını daha da gücləndirib.

Kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты