Direktor Həsən Həsənov: “Görüş beynəlxalq əməkdaşlığın vacibliyini bir daha vurğuladı”

Kaspi Liseyində “Education Malaysia Global Service”in nümayəndələrsi ilə görüş keçirilib.

Kaspi Ağ Şəhər Liseyinin direktoru Həsən Həsənovun kaspi.edu.az-a verdiyi məlumata görə, Mərkəzi Asiya üzrə regional menecer Raja Fariz Raja Eyuddin görüşdə ölkəsinin təhsil sistemi haqqında ətraflı məlumat verib: “Görüş zamanı təhsil ekskursiyaları və sərgiləri, liseyimizin şagirdlərinin xaricdə təhsil imkanları və “Kaspi Global” şirkətinin bu prosesdəki rolu kimi vacib məsələlər ətrafında dərin müzakirələr aparıldı. Bu faydalı fikir mübadiləsi bizə yeni perspektivlər açaraq, qlobal təhsilin inkişafına töhfə verməklə yanaşı, beynəlxalq əməkdaşlığın vacibliyini bir daha vurğuladı”. Direktorun sözlərinə görə, malayziyalı qonaqlarla keçirilən görüşdən əldə olunan təcrübə liseyin gələcək təhsil təcrübələrini formalaşdırmaq üçün stimul olacaq: “Bu dəyərli fürsət üçün cənab Raja Fariz Raja Eyuddin başda olmaqla bütün qonaqlarımıza dərin təşəkkürümüzü bildiririk!”

kaspi.edu.az

Подписаться на обновления

Подпишитесь, чтобы получать информацию о нашей образовательной деятельности, а также других нововведениях.

Ваш адрес электронной почты