Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan uşaqlara həsr olunan himnə çəkilən klipin nümayişi keçirilib
- Главная страница
- Новости и события
- Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan uşaqlara həsr olunan himnə çəkilən klipin nümayişi keçirilib
- 04 Июнь 2025
Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan uşaqlara həsr olunan himnə çəkilən klipin nümayişi keçirilib
Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan uşaqlara həsr olunan himnə çəkilən klipin nümayişi keçirilib
Kaspi Ağ Şəhər liseyində “Fərqli fərdlər” adlı himnə çəkilən klipin nümayişi keçirilib. Klipdə çəkilən uşaqlar səhnəyə dəvət olunub.
Tədbirdə “Qran-Pri” mükafatcısı Ayxan Quluzadə bəstəkar Şəfiqə Axundovanın “Həsrətindən” əsərini pioninada ifa edib. Prezident mükafatcısı, Milli Kanservatortiyasının tələbəsi Rəvanə Ağamirovanın ifasında “İndi məndən küs görüm” mahnısı səslənib. Daun sindromlu Zəhra Alxasovanın təqdimatında “İspan rəqsi”, autizmli gənc istedadlı ifacı Ramiz Ağayevin ifasında “Ana” mahnısı, Ayxan Quluzadənin pianoda ifa etdiyi Eldar Mansoruvun “Eligiya” əsəri böyük maraqla qarşılanıb. “Autizmli dostumuz Nəsib, daun sindromlu dostumuz Hüseynin anaları Günay xanım və Rəqsanə xanımın dəstəyi ilə “Azərbaycan” mahnısı böyük maraqla dinlənildi”.
Tədbirin yekununda bütün uşaqlar yenidən səhnəyə dəvət olunublar. Monitorda klipin nümayişi və uşaqların ifasında “Fərqli fərdlər” adlı himn səslənib.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan uşaqlara həsr olunan “Fərqli fərdlər” adlı himnə çəkilən klip Mədəniyyət Nazirliyinin dəstəyi, “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin təşkilatcılığı ilə təqdim olunub. Klip PASHA Holding-in sponsorluğu ilə ərsəyə gəlib. Himn Heydər Əliyev Fondunun dəstəyi, Caspian Event Organisers şirkətinin təşkilatcılığı ilə keçirilən xüsusi qayğıya ehtiyacı olan insanlara həsir olunan “Fərqli fərdlər” benəlxalq konqresinin təşəbbüsü, “Ümid var” İnklüziv Yaradıcılıq birliyinin quruculuğu ilə baş tutub.
Himnin musiqisi bəstəkar Tural Məmmədliyə, sözləri isə Leyla Quliyevaya məxsusdur.
“Fərqli fərdlər” himnini Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova ilə yanaşı, 15 nəfərdən ibarət inkluziv uşaq xoru oxuyub.
Martın 9-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində klipin ilk təqdimatı olub.
İnklüziv cəmiyyətə tövhə vermək, maarifləndirmə aparmaq məqsədi ilə artıq universitetlərdə də klipin təqdimatı, əlilliyi olan uşaqların müxtəlif nömrələrlə cıxışları və mütəxəsisslərin maarifləndirici məruzələri təqdim edilir.
Kaspi.edu.az