Tədris programı
- Ana Səhifə
- Haqqımızda
- Tədris programı
Tədris programı
Kaspi” Liseyində intellektual, özünə inanan, yaradıcı və cəmiyyətə töhfə verə biləcək nəslin yetişməsi üçün xüsusi təlim-təhsil mühiti mövcuddur. Belə bir mühit və zənginləşdirilmiş təhsil proqramları şagirdlərin yaradıcı və tənqidi təfəkkürünün formalaşmasına, nəticədə isə cəmiyyətdə özünə mövqe tuta biləcək müstəqil şəxsiyyətlərin yetişdirilməsinə də zəmin yaratmış olur.
Məktəbdə tədris Milli Kurikulum əsasında, beynəlxalq təhsil proqramları və təcrübələrindən yararlanaraq, dövlət standartlarına əsaslanan tədris planı və müvafiq tədris prosesini təşkil edir. Tədris 3 dildə - Azərbaycan, rus və ingilis dillərində keçirilir. Tədris müddətində ikinci dil olaraq ingilis dilinə xüsusi önəm verilir.
Liseyin Tədris Proqramı şagirdlərin bilikləri ilə yanaşı XXI əsr bacarıqlarını da inkişaf etdirməyə yönəlmişdir.
I-IV siniflər üzrə:
Tədris Milli Kurikulum əsasında aparılır.
İngilis dili intensiv olaraq beynəlxalq Kembric (Cambridge) proqramı əsasında aparılır.
Şagirlər ildə 1 dəfə ingilis dili üzrə beynəlxalq Kembric (Cambridge) sertifikatını əldə etmək üçün imtahanda iştirak edirlər.
İnformatika fənni bir neçə proqramlaşdırma və kodlaşdırma dili daxil olmaqla beynəlxalq təcrübə əsasında hazırlanmış kurikulum üzrə tədris olunur.
STEAM dərsləri həftədə 2 dəfə olmaqla VEX Robotika kurikulumu əsasında STEMART Tədris Mərkəzi tərəfindən keçirilir.
Şagirdlərin hərtərəfli inkişafı üçün robotiks, idman akademiyası, musiqi və incəsənət məktəbləri fəaliyyət göstərir.
Günün ikinci yarısında ev tapşırıqlarının həll olunması və möhkəmləndirmə dərsləri təşkil olunur.
Sinif üzrə şagird sayı 16-20 nəfərdir.
V-VIII siniflər üzrə:
Tədris Milli Kurikulum əsasında aparılır.
İngilis dili intensiv olaraq beynəlxalq Kembric (Cambridge) proqramı əsasında aparılır.
Şagirlər ildə 1 dəfə ingilis dili üzrə beynəlxalq Kembric (Cambridge) sertifikatını əldə etmək üçün imtahanda iştirak edirlər.
İnformatika fənni bir neçə proqramlaşdırma və kodlaşdırma dili daxil olmaqla beynəlxalq təcrübə əsasında hazırlanmış kurikulum üzrə tədris olunur.
V-VI siniflərdə STEAM dərsləri həftədə 2 dəfə olmaqla VEX Robotika kurikulumu əsasında STEMART Tədris Mərkəzi tərəfindən keçirilir.
Şagirdlərin hərtərəfli inkişafı üçün robotiks, idman akademiyası, musiqi və incəsənət məktəbləri fəaliyyət göstərir.
Xüsusi istedadlı şagirdlərin beynəlxalq, respublika fənn və layihə olimpiadalarına hazırlığı təşkil olunur.
Günün ikinci yarısında ev tapşırıqlarının həlli və möhkəmləndirmə dərsləri təşkil olunur.
Sinif üzrə şagird sayı 16-20 nəfərdir.
IX-XI siniflər üzrə:
Tədris Milli Kurikulum əsasında aparılır.
Şagirdlər seçdikləri ixtisas qrupuları üzrə tədrisə cəlb olunurlar.
Buraxılış və ali məktəblərə qəbul imtahanlarına DİM-nin proqramı əsasında xüsusi hazırlıq təşkil olunur.
Şagirdlərin bilikləri mütəmadi sınaq imtahanları vasitəsilə yoxlanılır.
Xaricdə təhsil almaq istəyən şagirdlər üçün SAT, IELTS və TOEFL üzrə hazırlıq proqramları təşkil olunur.
Xüsusi istedadlı şagirdlərin beynəlxalq, Respublika fənn müsabiqəsi və layihə olimpiadalarına hazırlığı təşkil olunur.
Sinif üzrə şagird sayı 16-20 nəfərdir.