KUMİM

KUMİM

KUMİM

Kaspi Liseylərinin nəzdində “Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbi” fəaliyyət göstərir. Məktəb şagirdlərin bədii-estetik zövqünün formalaşması, gənc və yeniyetmə şagirdlərin musiqi və incəsənət sahəsindəki istedadını üzə çıxarmaq və inkişaf etdirmək məqsədi ilə yaradılmışdır. Şagirdlər yüksək ixtisaslı mütəxəssislərin köməyi ilə öz istedadı və seçdikləri ixtisas üzrə başqa yerə getmədən elə məktəbdə musiqi və incəsənətlə məşğul ola bilərlər. Məktəbdə təhsil 5 və 7 illik təhsil proqramları əsasında təşkil olunur. Şagirdlər fortepiano, xalq çalğı və simli alətlər (tar, kamança, skripka, gitara), xanəndəlik və estrada ifaçılığı, rəsm, xoreoqrafiya və s. incəsənət (əl işləri və toxuculuq, Ebru sənəti) ixtisaslarına yiyələnirlər. Təhsil proqramını uğurla başa vuran şagirdlərə Mədəniyyət Nazirliyi tərəfindən şəhadətnamələr verilir. Məktəbdə yaş məhdudiyyəti olmadan ebru, toxuculuq və rəsm dərnəkləri də fəaliyyət göstərir.

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız