Kaspi Liseyləri arasında gərgin idman mübarizəsi şəraitində keçən yarışda komandalar çempion adı və kubok uğrunda mübarizə aparıblar.
Kaspi.edu.az xəbər verir ki, Kaspi Liseyləri arasında Zəfər Gününə həsr olunmuş futbol yarışı keçirilib.
Yarışda Kaspİ Ağ Şəhər liseyinin və Kaspi Bakıxanov liseyinin 2 komandası üz-üzə gəliblər. Yarışda ilk dəfə olaraq Kaspi Abituriyent Məktəbi də iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda komandalar çempion adı və kubok uğrunda mübarizə aparıblar.
Turnirin nəticələrinə əsasən qaliblər müəyyən edilərək medal və diplomlarla təltif ediliblər.
Turnirin qalibləri:
I yer – Kaspi Ağ Şəhər Liseyi (X siniflər)
II yer – “Kaspİ Ağ Şəhər Liseyi (IX siniflər)
III yer – Kaspi Abituriyent Məktəbi
Qalib komandaları təbrik edir və gələcək yarışlarda hamıya uğurlar arzulayırıq!
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.