Yel Çərşənbəniz mübarək!

Yel Çərşənbəniz mübarək!

Yel Çərşənbəniz mübarək!

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib

Bu gün İlaxır çərşənbələrin üçüncüsü – Yel Çərşənbəsidir. Dünyanın yaranmasında iştirak edən üçüncü ünsür hava olduğundan, Yel çərşənbəsi adlanır. 

Yel torpağı, suyu durğunluqdan çıxarır. Mifik təsəvvürlərdə Od və ha­vanın işə qarışması ilə sular dalğa­lanır, coşub–daşır, torpaqlar vulkana çevrilib püskürür. Xalq arasında “Yel olmasa, sel olmaz”, “Yel eləyəni fələk eləyə bilməz”,– deyimləri yaranıb. İnanca görə, həmin gün söyüd ağa­cının altında dilək tutub, “A Yel baba, Yel baba, gözləyirik, gəl, baba” - deyib “Yel baba”nı çağırsan, niyyətin hasil olar.

Yel özündən əvvəlki Od çərşənbə­sinin hərarətini çöllərə yayır, torpağı isitməyə, oyatmağa tələsir. Həmin gün əsən isti küləklər yazın gəlişindən xə­bər verir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çər­şənbə”, “Yelli çərşənbə”, “Külək çər­şənbəsi” kimi də tanınır. 

Yel çərşənbəsi günü süfrədə şir­niyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur. Hamı bir -birini “Çərşənbən mübarək!”– deyə təbrik edir.

Novruzun ilaxır - Torpaq çərşənbəsi martın 19-da qeyd olunacaq.

Xatırladaq ki, 2024-cü il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Bu istiqamətdə, hər birimiz təbiətimizin dostu olmaqla, karbon emissiyasını azaltmaq üçün, fərdi avtomobillərdən istifadəni azalda bilər, ictimai nəqliyyatdan istifadə edə bilərik. Eyni zamanda, qısa məsafəli səyahət üçün, piyada, velosiped ilə və ya digər elektromobillərlə hərəkət edə bilərik.

Bu Çərşənbə günündə niyyət edək, bütün diləklərimiz həyata keçsin! 

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız