“Valideynlər yarışır”

“Valideynlər yarışır”

“Valideynlər yarışır”

Yarışda 16 valideyn iştirak edib

Kaspi Bakıxanov liseyində 5-ci sinif şagirdlərinin valideynləri arasında "Valideynlər yarışır" adlı riyazi-məntiq oyun yarışı keçirilib.  

Liseydən verilən məlumata görə, ümumilikdə 16 valideynin iştirak etdiyi tədbirin əsas məqsədi valideyn və şagirdlərin liseyin sosial həyatında fəal iştirakını təmin etmək və əylənərək riyazi-məntiq oyunları vasitəsi ilə məntiqi təfəkkürü inkişaf etdirmək idi.

Qalib gələn komandanın hər bir üzvünə stolüstü məntiq oyunu hədiyyə edilib.

Sonda valideyn və şagirdlərlə xatirə şəkli çəkilib, çay süfrəsi arxasında tədbirlə bağlı təəssüratlar paylaşılıb.

 

 Kaspi.edu.az

 

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız