Psixoloqlar valideynlərlə görüşdə səbəb və yolları izah etməyə çalışıblar
Kaspi Bakıxanov liseyində “Ekrana məruz qalma” mövzusunda təlim keçirilib.
Liseyin sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın verdiyi məlumata görə, psixoloqlar Fidan İbrahimova və Zülfiyyə Əsgərli tərəfindən keçirilən təlimin əsas mövzusu ekrana məruz qalan uşaqlarda psixoloji və fizioloji dəyişikliklər, onların baş vermə səbəbləri və aradan qaldırılması yollarını əhatə edib.
Təlimdə qeyd edilib ki, gündəlik həyatın əhəmiyyətli bir hissəsi telefon, kompüter və televizor kimi cihazlara baxmaqla keçir: “Texnologiya inkişaf etdikcə virtual dünyanın real dünya ilə inteqrasiyası bunun ən böyük səbəblərindən biridir. Telefonların həyatımızı əhəmiyyətli dərəcədə asanlaşdırdığı doğru olsa da, həddindən artıq ekran vaxtının orqanizmə bir çox mənfi təsirləri var”. Vurğulanıb ki, uşaqlar ətrafla birbaşa ünsiyyət qurmadıqda ekran qarşısında daha çox vaxt keçirirlər və bu onları daha az sosial edir, həm də emosional mühakimə qabiliyyətlərini zəiflədir, onlarda asosial meyllər inkişaf etdirir.
Təlimin sonunda psixoloqlar valideynləri maraqlandıran sualları cavablandırıblar.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.