Tacikistanlı təhsil işçiləri Kaspi Liseyində

Tacikistanlı təhsil işçiləri Kaspi Liseyində

Tacikistanlı təhsil işçiləri Kaspi Liseyində

Görüşdə iki ölkə məktəbləri arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Kaspi Ağ Şəhər Liseyində Tacikistandan gəlmiş təhsil işçiləri ilə görüş keçirilib. Təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunan görüş çərçivəsində qonaqlara liseyin fəaliyyəti, tədris strategiyaları və müasir təhsil yanaşmaları haqqında ətraflı məlumat verilib.

Kaspi Ağ Şəhər Liseyinin direktoru Həsən Həsənov qonaqları salamlayaraq, təhsil müəssisəsinin inkişaf konsepsiyası, pedaqoji prinsipləri və həyata keçirilən innovativ layihələr barədə geniş təqdimatla çıxış edib. Direktor xüsusilə liseydə tətbiq olunan Cambridge beynəlxalq tədris sistemi, proqramın üstünlükləri və şagirdlərin qlobal təhsil məkanına inteqrasiyasına verdiyi töhfələr barədə məlumat verib.

Görüşün bədii hissəsində liseyin istedadlı şagirdləri tərəfindən təqdim olunan kiçik musiqi kompozisiyası böyük maraq və rəğbətlə qarşılanıb. Tədbir çərçivəsində Tacikistan nümayəndə heyətinə liseyin tədris otaqları, laboratoriyaları, kitabxanası, idman və incəsənət zalları, həmçinin müasir infrastruktur imkanları nümayiş etdirilib.

Qonaqlar Kaspi Ağ Şəhər liseyində yaradılmış innovativ təhsil mühiti, şagird yönümlü yanaşma və beynəlxalq standartlara uyğun tədris resursları ilə yaxından tanış olublar. Görüşdə iki ölkə məktəbləri arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdə Liseyin 2H sinif şagirdi Camal Məsimovun öz rəsm əsərini qonaqlara hədiyyə etməsi tacikistanlı qonaqlar tərəfindən məmnunluqla qarşılanıb.

Sonda qonaqlarla xatirə fotosu çəkilib və onlara liseyin simvolik hədiyyələri təqdim edilib.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız