Şagirdlər Çörək zavoduna ekskursiya etdilər

Şagirdlər Çörək zavoduna ekskursiya etdilər

Şagirdlər Çörək zavoduna ekskursiya etdilər

Belə ekskursiyalar şagirdlərin əməyə məhəbbət ruhunda tərbiyə olunmasında böyük rol oynayır

Kaspi Ağ şəhər Liseyinin şagirdləri 1 nömrəli Çörək zavoduna ekskursiya ediblər. Liseyin Rus bölməsində təhsil alan 9 və 10-cu sinif şagirdlərinin səfəri onlar üçün yaddaqalan və maraqlı olub.

Liseydən verilən məlumata görə, şagirdlər zavodda təkcə çörək hazırlanması prosesi ilə deyil, ümumilikdə iş mühiti ilə tanış olublar:  “Məktəblilər zavodda çalışan insanların iş şəraiti, əməkləri ilə yaxından tanış oldular. Çörək bişirilməsi zamanı gigiyenik qaydalara necə əməl olunmasını, çörəyin hazırlanması prosesini yaxından izlədilər”.

Liseydən bildirildi ki, belə ekskursiyalar həmçinin şagirdlərin  əməyə məhəbbət ruhunda tərbiyə olunmasında böyük rol oynayır.

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız