Reyhan Yusifqızı liseyin qonağı oldu

Reyhan Yusifqızı liseyin qonağı oldu

Reyhan Yusifqızı liseyin qonağı oldu

Belə görüşlər uşaqların mütaliəyə marağını artırır

Kaspi Ağ şəhər liseynin kitabxanasında uşaqlar üçün elmi-kütləvi kitablar yazan və fantastik povestlər müəllifi, pedaqoq Reyhan Yusifqızı ilə görüş keçirilib. 

Liseyin direktoru Həsən Həsənov qonağı salamlayaraq haqqında şagirdlərə məlumat verib. Direktor qeyd edib ki, Reyhan Yusifqızı  uşaq psixologiyasının ciddi, həm də dərin müşahidəçisi kimi çox maraqlı, fantastik  əsərlər yazan yazıçıdır. O, “Dostum Mimi”, “Pəncərəni kim sındırdı?”, “Qapı arxasında o” və s. əsərlərin müəllifidir. Reyhan Yusifqızı çağdaş Azərbaycan ədəbiyyatının tanınan və sevilən müəlliflərindəndir. Daha çox uşaq yazıçısı kimi tanınır. Amma gənclik illərindən bəri yazdığı, mətbuatda və saytlarda müntəzəm dərc olunan böyüklər üçün hekayələri də ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanır”.

Direktor həmçinin yazıçı və şairlərlə keçirilən görüşlərin şagirdlər üçün əhəmiyyətini vurğulayıb: “Belə görüşlər uşaqların mütaliəyə marağını artırır, onların dünyagörüşünün formalaşmasına kömək edir”.

Görüşdə yazıçının yaradıcılığı ilə bağlı videoçarx nümayiş olunub. 5-ci sinif şagirdləri müəllifin qələmə aldığı “Diribaş qızlar klubu” əsərindən kiçik səhnə və rəqs nömrələri təqdim ediblər.

Şagirdlər həmçinin yazıçının həyat və yaradıcılığı ilə bağlı sualları müəllifə ünvanlayıblar.

Tədbirin sonunda liseyin şagirdləri - Səma Ağayeva və Zümrüd Bababəyli qonağa hədiyyələr təqdim ediblər.

kaspi.edu.az 

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız