Məktəbəqədərlər üçün “Nağıl saatı”

Məktəbəqədərlər üçün “Nağıl saatı”

Məktəbəqədərlər üçün “Nağıl saatı”

Liseyin  Cambridge bölməsinin məktəbəqədərləri ilə nağıl saatı təşkil olunub

Kaspi Ağ şəhər liseynin kitabxanasında şagirdləri kitabxanaya cəlb etmək, mütaliəyə olan həvəslərini artırmaq, onların asudə vaxtlarını səmərəli etmək məqsədilə mütəmadi olaraq  “Nağıl saatları”, “Mütaliə günləri” keçirilir.   

Bu dəfə liseyin Cambridge bölməsinin məktəbəqədərləri ilə nağıl saatı təşkil olunub.

Nağılı liseyin məzunu, ADA Universitetinidə ingilis dilində Kommunikasiya və rəqəmsal media ixtisası üzrə təhsil alan  Alena Lamina danışıb. “Nağıl saatı” zamanı balaca oxucular Alenanın suallarını cavablandırıblar. “Nağılların kiçik yaşlı oxucular üçün əhəmiyyəti çox böyükdür. Kitab oxuyan, nağılların təsiri ilə böyüyən uşağın söz ehtiyatı zəngin, nitqi isə rəngarəng olur. Nağıllar balaca oxucuların zövqünü oxşayır, qəhrəmanları onlara sevdirir, yaxşı ilə pisi, xeyir ilə şəri ayırmasına dəstək olur.  Kiçik oxucular nağılı dinlədikdən sonra  buradakı hadisələr və qəhrəmanlarla bağlı müzakirələrdə iştirak edir, hadisələrin ardıcıllığını düzgün müəyyən edir, ilk dəfə rastlaşdıqları sözlərin mənasını öyrənir, daha sonra  nağıl qəhrəmanları barəsində verilən sualları cavablandırırlar”-deyə liseyin məlumatında qeyd edilir.

“Nağıl saatı”nda sualları cavablandıran kiçik oxuculara hədiyyə verilib.

Kaspiliseyi.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız