Liseydə Robotexnika üzrə “Master class” keçirilib
- Ana Səhifə
- Xəbərlər & Tədbirlər
- Liseydə Robotexnika üzrə “Master class” keçirilib
- 07 Yanvar 2025
Liseydə Robotexnika üzrə “Master class” keçirilib
Şagirdlər “Drivetrain” robotunun idarə edilməsini öyrəniblər
Kaspi Liseyi gələcəyin texnoloji inkişaflarına addım atmaq üçün uşaqlara texniki bilikləri erkən yaşdan tədris edir. Robototexnika dərsləri ilə uşaqlar proqramlaşdırma əsaslarını öyrənir, mühəndislik təməllərini kəşf edir və robot layihələri üzərində iş apararaq yaradıcı düşüncələrini və problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Təcrübəli müəllimlər, yaşa uyğun dərs proqramları və əyləncəli yanaşma ilə uşaqlar həm əylənir, həm də öyrənirlər. Bu təcrübələr uşaqların gələcəkdə texnologiya dünyasında öz yerlərini tapmalarına kömək edir. Proqramlaşdırma dərsləri vasitəsilə uşaqlar kodlaşdırmanı öyrənir, layihə əsaslı öyrənmə ilə robotlar qurmağı təcrübədən keçirirlər. Bu mənada lisey uşaqları texnologiya ilə dost edir və onları gələcəyin mühəndislərinə, texnoloji liderlərinə çevirməyə çalışır.
Kaspi Ağ Şəhər liseyində keçirilən “Master class”da əsas məqsəd məktəbdənkənar gələn şagirdə Robotexnika dərslərinin necə keçirilməsini nümayiş etdirmək idi. Liseydən verilən məlumata görə, “Master class”da şagirdlər Vex İQ seti vasitəsilə hazırlanmış “Drivetrain” robotunun idarə edilməsini öyrəniblər: “Daha sonra məktəblilər birlikdə yarışlar edərək əyləncəli vaxt keçirdilər. Bu yarışda onlar hazırlanmış modelin həm kodlaşdırma, həm də kontroller vasitəsilə hərəkətini müşahidə etdilər”.
Kaspi Liseyinin də təcrübəsi göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.
kaspi.edu.az