“Keçmişi öyrənək, bugünü yaşayaq, gələcəyi quraq”

“Keçmişi öyrənək, bugünü yaşayaq, gələcəyi quraq”

“Keçmişi öyrənək, bugünü yaşayaq, gələcəyi quraq”

Tədbirin DJ və animatorların iştirakı ilə keçirilən əyləncə hissəsi uşaqların sevinci və enerjisi ilə yadda qalıb.

Kaspi Ağ Şəhər Liseyində “Keçmişi öyrənək, bugünü yaşayaq, gələcəyi quraq” adlı tədbir keçirilib.

“Tədbirin məqsədi şagirdlərin keçmişə hörmət, bu günə sevgi və gələcəyə inamla yanaşmalarını təşviq etmək idi”- deyə liseyin məlumatında bildirilir.

Tədbir zamanı qızlar məktəbinin qurucusu Hacı Zeynalabdin Tağıyev haqqında maraqlı və maarifləndirici səhnəcik nümayiş olunub.

Şagirdlərin ifasında səsləndirilən mahnı və rəqslər tədbirə xüsusi rəng qatıb.

Məktəbin direktoru Həsən Həsənov çıxış edərək 4-cü sinif məzunlarını təbrik edib, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

Tədbirin rəsmi hissəsindən sonra şagirdlər üçün əyləncəli proqram təşkil olunub.

DJ və animatorların iştirakı ilə keçirilən əyləncə hissəsi uşaqların sevinci və enerjisi ilə yadda qalıb.

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız