Kaspi liseylərinin şagirdləri Yay Məktəbində iştirak ediblər

Kaspi liseylərinin şagirdləri Yay Məktəbində iştirak ediblər

Kaspi liseylərinin şagirdləri Yay Məktəbində iştirak ediblər

Proqram şagirdlərə əylənərək öyrənmək və vaxtlarından səmərəli istifadə etmələri üçün nəzərdə tutulub

Kaspi Liseyi şagirdlərinin sosial fəaliyyətlərini daha da inkişaf etdirmək, bacarıqlarının təkmilləşdirilməsi, onların hərtərəfli yetişməsi üçün hər il yay məktəbi təşkil edir. Lisey tərəfindən növbəti yay məktəbi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Quba tədris, idman və istirahət kompleksində təşkil olunub. Yay məktəbi müxtəlif qruplarda şagirdləri əhatə edib.

Liseylər üzrə akademik kurator Namiq Cümşüdov kaspi.edu.az-a yay məktəbinin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, 19- 24 iyun tarixləri arasında Kaspi Bakıxanov liseyi 92 şagirdlə, 24 -29 iyun tarixində isə Kaspi Ağ Şəhər liseyi 97 şagirdlə yay məktəbində iştirak edib: “Yay məktəbinin proqramı həm öyrədici, həm də yaradıcı xarakter daşıyır. Bu proqram bir illik yorğun dərs sisteminin ardından şagirdlərimizə əylənərək öyrənmək və vaxtlarından səmərəli istifadə etmələri üçün nəzərdə tutulmuşdu. Şagirdlərimiz ümumi dünyagörüşünü, məntiqi və tənqidi təfəkkürünü inkişaf etdirərək, özlərini və qabiliyyətlərini bir daha kəşf etmiş oldular. Bilik və bacarıqlarından istifadə edərək ortaya fərqli layihələr çıxartdılar. İdman, əyləncəli və intellektual oyunlar vasitəsi ilə isə öz biliklərini yeniləyərək, bilmədiklərini öyrənib və öz dünya görüşlərini inkişaf etdirdilər”. N.Cümşüdov bildirdi ki, ümumiyyətlə, liseyin şagirdləri futbol, voleybol, tennis, üzgüçülük, şahmat, dama və b. kimi idman oyunları və Xəzinə axtarışı, Xəmsə intellektual oyunları və digər müxtəlif əyləncəli oyunlarda aktiv iştirak ediblər: “Müəllimlərin dəstəyi ilə təşkil edilən ustad dərsləri də şagirdlərin bacarıqlarının formalaşması, dərinləşməsi və təkmilləşməsində böyük rol oynadı. Yay Məktəbi proqramımız çərçivəsində şagirdlərimizlə mədəniyyətimiz və ənənələrimizlə bağlı işlər görüldü. Vətənimizi daha yaxşı tanımaq məqsədi ilə Quba rayonunun əhatəsində ekskursiyalar da təşkil olundu”.

Yay Məktəbində iştirak edən şagirdlər, müxtəlif idman oyunları və bilik yarışlarında fərqlənənlər sertifikatlarla təltif olunublar: “Bütün bu proseslərin təşkilində liseylərin müəllimlərinin əməyi danılmazdır. Müəllimlər hər lisey üzrə ayrılıqda 5 gün, gecə və gündüz əzmkarlıq nümayiş etdirərək ciddi əmək sərf etdilər. Hər birinə bu işdə dəstək olduqları üçün təşəkkürümüzü bildiririk!”

 

 

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız