Kaspi Liseyinin şagirdləri Milli Aviasiya Akademiyasına ekskursiya ediblər
19 Noyabr 2025
Kaspi Liseyinin şagirdləri Milli Aviasiya Akademiyasına ekskursiya ediblər
Ekskursiya şagirdlərin fizika fənninə olan maraqlarını artırmaq məqsədi daşıyıb
Kaspi Liseyinin Azərbaycan bölməsinin 7-ci sinif şagirdlərinin Milli Aviasiya Akademiyasına (MAA) maarifləndirici ekskursiyası təşkil olunub. Ekskursiyanın əsas məqsədi şagirdlərin reaktiv mühərrikin iş prinsiplərini, Arximed qüvvəsini və ümumilikdə aerodinamika ilə bağlı fiziki prosesləri real mühitdə müşahidə edərək daha dərindən mənimsəmək və şagirdlərin fizika fənninə olan maraqlarını artırmaq olub.
Səfər zamanı şagirdlər təyyarələrin quruluşu, uçuşun əsas fiziki qanunları, hava müqaviməti və qaldırıcı qüvvə və s. kimi anlayışlarla tanış olublar: “Şagirdlərə reaktiv mühərriklərin necə işlədiyi, hansı fiziki prinsiplərə əsaslandığı və aviasiyada mühüm rol oynadığı barədə mütəxəssislər tərəfindən ətraflı məlumat verildi. Şagirdlər eyni zamanda, Arximed qüvvəsinin aviasiya və mühəndislikdə tətbiqləri haqqında real nümunələrlə tanış oldular. Kaspi Liseyi olaraq, şagirdlərimizin elmi dünyagörüşünü genişləndirən belə ekskursiyaların davamlı olmasına böyük önəm veririk”- deyə Liseydən verilən məlumatda bildiorilir.
Ekskursiya şagirdlər üçün həm maarifləndirici, həm də motivasiyaedici bir təcrübə olub. Məktəblilər fizika elminin real həyatda tətbiqini yaxından müşahidə ediblər.
Bu, onların gələcəkdə aviasiya və mühəndislik sahələrinə olan maraqlarını daha da gücləndirib.
Kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.