Kaspi Liseyinin şagirdi Buraxılış imtahanında 300 bal topladı

Kaspi Liseyinin şagirdi Buraxılış imtahanında 300 bal topladı

Kaspi Liseyinin şagirdi Buraxılış imtahanında 300 bal topladı

Ayla Həsənzadə Böyük Britaniyanın 4 universitetindən qəbul alıb

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş Buraxılış imtahanının nəticələri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olunub.

İmtahan iştirakçıları arasında 300 bal toplamaqla ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Kaspi Bakıxanov Liseyinin XIA texniki təmayüllü sinif şagirdi Ayla Həsənzadədir.

Təəssüratlarını kaspi.edu.aza-bölüşən Ayla Həsənzadə bildirdi ki, imtahana hazırlaşan zaman hər 3 fənnə eyni vaxt ayırıb və ev tapşırıqlarına məsuliyyətlə yanaşıb: “Müəllimlərimin məsləhətlərinə diqqətlə qulaq asırdım və verdikləri tovsiyələrə önəm verirdim. Bu uğurumda müəllimlərimin rolu çox böyükdür, çünki onlar mənə yol göstərdilər, mənəvi dəstək oldular. Çox həyəcanlanan zaman mənə güvəndiklərini bildirdilər və bu mənə motivasiya verdi”. Liseyin şagirdi bildirir ki, gələcəklə bağlı bütün arzuları təhsil ilə əlaqəlidir. Ən böyük arzusu isə diplomat olmaqdır: “Təbii ki, hər şagird kimi mənim də tələbə olmaq arzum var. Qürur hissi ilə bildirirəm ki, mən artıq Böyük Britaniyanın 4 nüfuzlu universitetindən qəbul almışam. Bunlar City University London, University of Manchester, University of Bristol, Newcastle University kimi tanınmış universitetlərdir. Ancaq mən öz ölkəmdə oxumağa ustunluk verdiyim ucun ADA Universitetini seçmək istəyirəm”.

Qeyd edək ki, Kaspi Bakıxanov Liseyinin 32 şagirdi Buraxılış imtahanında iştriak edib. Eyni sinifdən 6 nəfər 270 baldan yuxarı toplayıb.

Kaspi Təhsil Şirkətinin bütün kollektivi lisey şagirdlərinin uğuru ilə qürur duyur və hər birinə növbəti imtahanda uğurlar arzulayır!

kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız