Kaspi Liseyi “SAF Azərbaycan”da 13 komanda, 37 nəfər  iştirakçı ilə təmsil olunur

Kaspi Liseyi “SAF Azərbaycan”da 13 komanda, 37 nəfər  iştirakçı ilə təmsil olunur

Kaspi Liseyi “SAF Azərbaycan”da 13 komanda, 37 nəfər  iştirakçı ilə təmsil olunur

Bu yarışmada liseyimizin şagirdlərindən parlaq qələbələr gözləyirik

Dekabrın 5-9 tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022”yə start verilib. SAF 2022 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib.

SAF 2022-yə ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-i xarici ölkə, 442-i isə yerli iştirakçıdır.Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər.

Kaspi Liseyi “SAF Azərbaycan”da 13 komanda, 37 nəfər  iştirakçı ilə təmsil olunur.

Festivalda liseyimizi “İnnovativ sərgi” kateqoriyasında 3 şagird, “Xəyal dünyası” kateqoriyasında 12 şagird, “Vex IQ” kateqoriyasında 22 şagird təmsil edəcək.

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

Festivalda Liseyimizin şagirdlərinə uğurlar arzulayırıq!

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız