Kaspi Breyn-Rinq Bilik yarışmasının Final turu keçirilib

Kaspi Breyn-Rinq Bilik yarışmasının Final turu keçirilib

Kaspi Breyn-Rinq Bilik yarışmasının Final turu keçirilib

Yarışma Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunub

Kaspi Bakıxanov Liseyində Kaspi Breyn-Rinq Bilik yarışmasının Final turu keçirilib. Yarışmada Kaspi Təhsil Mərkəzləri, Kaspi Liseyləri və Kaspi Nümayəndəliklərində təhsil alan IX və X sinif şagirdlərindən ibarət komandalar iştirak edib. Yarışma Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Kaspi Təhsil Şirkətinin Tədris işləri üzrə Akademik rəhbəri Rəsul Ağayev kaspi.edu.az-a verdiyi məlumata görə, Bilik yarışmasının keçirilməsində məqsəd şagirdlərin öyrənməyə marağını artırmaq, intellektual bacarıqlarının formalaşmasına töhfə vermək, təhsilalanlar arasında sağlam rəqabəti artırmaq və biliklərini yoxlamaqdır.

Yarışmada tamaşaçı qismində Kaspi Abituriyent kursunun məzunu – ABŞ-ın dünyaca məşhur  Kolumbiya Universitetinin “Kompüter elmləri” üzrə doktoranturasına qəbul alan Vahab Cəbrayılov da iştirak edib. Xatırladaq ki, V.Cəbrayılov 2017-ci ildə Kaspi Abituriyent Hazırlığı kurslarında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbində “Proseslərin avtomatlaşdırılması” ixtisası üzrə təhsil alıb. 2019-cu ildə isə Türkiyənin Orta Doğu Texnik Universitetinin “Kompüter mühəndisliyi” fakültəsinə daxil olub və təhsil illərində öz bilik, bacarıq və çalışqanlığı ilə fərqlənib. V.Cəbrayılov Kolumbiya Universitetində həm tədqiqat aparacaq, həm də təhsil üzrə professor köməkçisi kimi təhsilini davam etdirəcək.

Kaspi məzunu abituriyentlərlə görüşdə Kaspi-də aldığı təhsil və müəllimləri haqda, universitet fəaliyyəti və nailiyyətləri barədə danışıb, ümumiyyətlə dərs çalışma, testlərin həlli, vaxt bölgüsü, hazırlıq prosesi və digər vacib məqamlarla bağlı faydalı tövsiyələrini verib.

IX sinif şagirdləri arasında Kaspi Bakıxanov Liseyinin komandası “Qızıl”, Kaspi Elmlər filialının komandası “Gümüş”, Kaspi Bayıl filialının komandası “Bürünc” mükafat, Kaspi Lənkəran nümayəndəliyi, Kaspi Sumqayıt və Kaspi Xətai filiallarının komandaları isə “Həvəsləndirici” mükafat qazanıblar.

X sinif şagirdlərindən Kaspi Əhmədli filialının komandası “Qızıl”, Kaspi Sumqayıt filialının komandası “Gümüş”, Kaspi Bakıxanov liseyinin komandası “Bürünc” mükafata, Kaspi Lənkəran nümayəndəliyi, Kaspi 28 May və Kaspi Xətai filiallarının komandaları da “Həvəsləndirici” mükafata layiq görülüblər.

Kaspi Təhsil Şirkəti bilik yarışmasının bütün  iştirakçıları və qaliblərini təbrik edir, onlara dərslərində uğurlar və zehin açıqlığı diləyir!

Kaspi.edu.az

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız