Tədbir şagirdlərin komanda işi, yaradıcılıq və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək üçün mühüm bir fürsət oldu
Kaspi Bakıxanov liseyində Beynəlxalq Pi gününə həsr olunmuş sərgi keçirilib. “Riyaziyyat həftəsi” çərçivəsində təşkil olunan sərgi bu səpkidə tədbirlərin sonuncusu, eyni zamanda həftənin bağlanış mərasimi kimi qeyd olunub.
“Builki sərgidə şagirdlər öz hazırladıqları riyazi layihələri təqdim etdilər. Hər bir layihə, şagirdlərin riyaziyyat sahəsinə olan marağını və bacarıqlarını nümayiş etdirən əsərlər idi. Sərgi, şagirdlərə riyaziyyatın sadə hesablamalardan daha çox olduğunu və müxtəlif sahələrdə tətbiq edildiyini anlamağa kömək etdi. Onlar, riyaziyyatın həyatda necə əhəmiyyətli bir rol oynadığını daha dərindən dərk etdilər. Bu tədbir, şagirdlərin komanda işi, yaradıcılıq və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək üçün mühüm bir fürsət oldu”- deyə liseydən verilən məlumatda bildirilir.
Tədbirdə iştirak edən şagirdlər öz layihələrini təqdim edərək ictimaiyyət qarşısında çıxış etmə bacarığı əldə ediblər.
Riyaziyyat həftəsinin bağlanış mərasimi olaraq, sərgi həm şagirdlərin əldə etdiyi bilikləri nümayiş etdirməsi, həm də riyaziyyatın əyləncəli tərəflərini göstərməsi baxımından əhəmiyyətli olub: “Nəticədə, sərgi şagirdlərdə riyaziyyata olan marağı artıraraq, onları daha dərindən öyrənməyə təşviq etdi”.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.