“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Kaspi Ağ Şəhər liseyində tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva və əməkdaşları, həmçinin liseyin direktoru Rəqsanə Məmmədova və müəllim-şagird heyəti iştirak ediblər. Çıxış edənlər – Rəqsanə Məmmədova və Sevinc Əliyeva Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafından bəhs etmiş, mövcud problemlərin həlli istiqamətində tövsiyə və təklifləri tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Aparıcı mütəxəssis Türkanə İsrafilli tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

 

Yeniliklərə Abunə Olun

Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.

E-Mail ünvanınız