Liseydə valideyn-məktəb əməkdaşlığı çərçivəsində seminar keçirilib
Kaspi Bakıxanov liseyinin B3 sinfində tarix müəllimi, liseyin valideyni Xəyalə Yusubzadə şagirdlərə seminar keçib. Seminar valideyn-məktəb əməkdaşlığı çərçivəsində baş tutub.
Liseydən verilən məlumata görə, “Vətənim Azərbaycan” seminarının mövzusu 28 May - Müstəqillik Gününə həsr olunub: “Xəyalə xanım şagirdlərə müstəqilliyimizin qədim dövrdən çağdaş zamana qədər keçdiyi şərəfli yol barədə məlumat verdi. Ərazimizdə tarixən mövcud olan dövlətlər, onların bayraqları haqda informasiyanı şagirdlərin nəzərinə çatdırdı”.
Seminar şagirdlər üçün maraqlı və informativ olub.
kaspi.edu.az
Yeniliklərə Abunə Olun
Tədris sahəsindəki fəaliyyətlərimizlə, eləcə də digər yeniliklərlə bağlı məlumat əldə etmək üçün abunə olun.